EN

Azərbaycanda gələn ay 163 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aprelin 9-da, 16-da, 23-də və 30-da keçirəcəyi hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi (ümumilikdə 163 dövlət əmlakı) çıxarılacaq. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ucar İnşaat Xidmət”, “Əli Bayramlı Konserv”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 25 676 - 838 868 manat arasında dəyişir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi Ağstafa rayonundakı "Qərb Tekstil" MMC-dir. İnvestorlara 1 710 500 manat ilkin qiymətlə təklif olunan müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir.

Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya, İtaliya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1978-2018-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.

Chosen
55
8
Sources
Comment ()
Close

Rating

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14450
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14041
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13908
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12036
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10017
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8411
"Zaur, yenə çaşdın..." - VİDEO
7485
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5582
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3916
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3835
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3792
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3698
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3573
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3434
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3013
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3004
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2782
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2714
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2609