EN

Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək

Azərbaycan 16-21 sentyabr tarixlərində Türkiyəyə ixrac missiyası təşkil etməyi planlaşdırır.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

“16-21 sentyabr tarixlərində Adana, Mərsin və İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyasına qida və içki sənayesi, eləcə də tikinti materialları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri daxil olacaq”, - deyə agentlikdən bildirilib.

İxrac missiyasında iştirak etmək istəyən şirkətlər təkliflərini 3 iyun tarixinədək təqdim etməli, iyunun 19-da keçiriləcək müvafiq müsabiqədə iştirak etməlidir.

Seçim meyarlarına ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olması daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
Sources
Comment ()
Close