EN

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Larri Lloyd vəfat edib - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Liverpul”, “Nottingem Forest” və İngiltərə millisinin sabiq müdafiəçisi Larri Lloyd dünyasını dəyişib. Onun 75 yaşı var idi.

İngiltərə klublarının keçmiş futbolçusunun ölüm səbəbi hələlik açıqlanmayıb.

“Larri 1979 və 1980-ci illərdə komanda ilə ardıcıl olaraq Avropa kuboklarını qazanaraq, klubda ümumilikdə 218 oyun keçirib, “Möcüzə adamlar” qrupunun ayrılmaz hissəsi olub.

Bu həqiqətən kədərli bir anda Larrinin dostlarına və ailəsinə başsağlığı veririk. Rahat yat, Larri,” - “Nottingem Forest”in açıqlamasında qeyd olunub.

Xatırladaq ki, ingilis müdafiəçi “Liverpul”da 215 oyun keçirib. “Nottingem Forest”in bir hissəsi olaraq Lloyd İngiltərə çempionu olub və iki dəfə Avropa Kubokunun qalibi olub, həmçinin İngiltərə Liqa Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Mənbə: championat.com

Chosen
226
50
1

1Sources

Comment ()
Close