EN

Amerikalıların 55 faizi İsrailin Qәzzaya hücumlarını dәstәklәmir

ABŞ-ın “Gallup” araşdırmaşirkətinin apardığı sorğuya əsasən, amerikalıların yarıdan çoxu İsrailin Qəzzaya hücumlarını dəstəkləmir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Araşdırma şirkəti amerikalılardan İsrailin 1-20 mart tarixləri arasında Qəzzaya hücumları ilə bağlı fikirlərini soruşub.

Sorğuda iştirak edənlərin 55 faizi İsrailin hücumlarını dәstәklәmәdiyini, 36 faizi isə hücumları dəstəklədiyini bildirib. İştirakçıların 9 faizi rəy bildirməyib.

Sorğuda iştirak edən demokratların yalnız 18 faizi İsrailin Qəzzaya hücumlarını dəstəkləyib, 75 faizi isə buna qarşı çıxıb. Respublikaçıların 64 faizi İsrailin hücumlarını dəstəkləyib.

ABŞ-da yetkinlərin 74 faizi İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərləri izlədiklərini bildirib.

İştirakçıların 27 faizi ABŞ prezidenti Co Baydenin Yaxın Şərq siyasətini dəstəkləmədiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
2
Sources
Comment ()
Close