EN

Oman körfəzində Çin-Rusiya-İran təlimləri digər ölkələrə qarşı yönəlməyib

Çin, Rusiya və İranın Oman körfəzində keçirdiyi birgə dəniz təlimləri başqa ölkələrə qarşı yönəlməyib.

Bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian brifinqdə bildirib.

"Bu təlimlər heç bir konkret ölkəyə qarşı yönəlməyib və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur", - sözçü bildirib.

Bundan əvvəl Çin, Rusiya və İran bir sıra birgə təlimlər keçiriblər ki, bu təlimlər "üç ölkənin donanmaları arasında daha sıx əməkdaşlıq və mübadilə və regional dəniz təhlükəsizliyinin birgə təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir",-deyə məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
16
Sources
Comment ()
Close