EN

"Adi küçələrdə parkinq qiymətləri dözünülməz dərəcədə bahadır" - Deputat

"Parklama qiymətləri digər ərazilərə nisbətən mərkəzi yerlərdə bahadır. Belə başa düşürdüm ki, bahalığın da hansısa limiti var. Ötən gün şəhərdə 5 saat müşahidə apardım. Həqiqətən, adi küçələrdə dayanan maşınlar üçün qiymətlər dözünülməz dərəcədə çox bahadır. Buna görə də təklif edirəm ki, şəhərdəki tıxac problemini həll etmək istəyiriksə, şəhərdə ən az on-on iki yerdə bir neçə mərtəbəli yeni parklama yerləri tikilməlidir. Bunu xüsusi layihələrlə etmək olar. İnanıram ki, biznesmenlərimiz bununla maraqlanacaqlar. Layihə təqdim etsinlər, dörd, beş, altı mərtəbə parklama yeri tiksinlər. İnsanlar orada maşınlarını rahat saxlasınlar, qiymətlər tənzimlənsin. Küçədə əvvəl parklamanın saatı 1 manata qədər idisə, indi bu da qalxıb. Şəhərin küçəsidir, yer ayrılıb, orada maşın saxlanıla bilər. Bunun qiymətini qaldırmağa heç bir lüzum yox idi".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat təklif edib ki, səlahiyyətli qurum avtomobillərin hansı ərazilərdə sıxlıq təşkil etməsi barədə Bakıda proqramlı qaydada monitorinq keçirsin: "Beləliklə, həmin ərazilərdə parkinqlərin sayı artsın. Burada uduzmaq söhbəti olmayacaq. Xüsusi qurumlar kommersantları, biznesmenləri cəlb etsinlər, tender keçirsinlər. Dövlət özü də tikdirə, bundan qazana bilər. Nə qədər çox parkinq olsa, rəqabət də bir o qədər artacaq, qiymət də tənzimlənəcək. Məsələn, dəmiryol vağzalının qarşısında əvvəl 72 maşın saxlamaq üçün parkina var idi. İndi yığışdırıblar. Yaxşı, bu insanlar gəlib dostunu, qohum-əqrəbasını qarşılayanda maşını harada saxlasınlar? Həmin ərazidə də şərait yaradılmalıdır. Bu, çox vacib məsələdir. Şəhər artıq maşınların sayından boğulur və bu gün ən çox problem yaradan parkinqlərdir. Ucdantutma qiymətləri qaldırmaq doğru deyil".

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2024, 17:23   
Chosen
158
20
Sources
Comment ()
Close

Rating

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17144
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15439
Səidə Sultan klipi üçün lüt soyundu
11817
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10605
Faiq Sadıqov
9603
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9481
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6067
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5956
Gənc aparıcı vəfat etdi - FOTO
5841
10 yaşlı uşağın faciəvi ölümü
5562
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5527
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5481
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5034
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4368
Ruslan Müşfiqabadlının anası vəfat edib
3997
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3478
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3294
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3287