AZ

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub.

Sonxeber.az baku-tv-yə istinadən xəbər verir ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansız görünsə də, hindlilər bura öz yarlarını axtarmağa gəlirlər. Hindistanın bütün ştatlarından bazara gəlin namizədlər öz valideynləri ilə gəlirlər. Bazardakı qiymətlər bahadır və ildə doqquz gün işləyir.

Yəni əgər kimsə özünə bu bazardan ər tapmaq istəyirsə, həmin doqquz gün ərzində özünü çatdırmalıdır.

Kişilər özlərini təqdim etmək məqsədilə bura axışırlar. Xüsusi səliqə ilə geyinib keçinirlər, özlərinə bəzək düzək verirlər. Özlərinə qiyməti də elə özləri qoyurlar. Ailələr adətən bütün bazarı gəzib hər kəsi gözdən keçirdikdən sonra seçimlərini edirlər. Daha sonra alver başlayır. Onu da deyim ki, burada gəlinin sözü keçmir. Söz sahibi yalnız valideynlərdir.

Alış-verişdə adətən kişiyə ya pul təklif olunur, ya da kişinin ailə quracağı qadınla birlikdə ona veriləcək əmlak. Adətən bu zaman kişiyə 3 sual verilir. Hansı kastadan olması soruşulur, hansı təhsili var və dişlərinin vəziyyəti necədir... Bazarda sadə kasıb əhaliyə, həkimlərə, dövlət qulluqçularına, müəllimlərə və mühəndislərə rast gəlmək olar. Ailələr təhsil haqqında attestat və digər sənədləri tələb edirlər.

Maraqlı məqamlardan biri də odur ki, kişilər hesab edirlər ki, təhsilə xərclədikləri pul çoxdursa, qadından daha çox pul tələb edə bilərlər. Hindlilər hesab edirlər ki, boşanmaların sayı ona görə çoxdur ki, gənclər özləri tanış olurlar, ya da biri-birilərini sosial şəbəkələrdə tapırlar. Buna görə də, valideynlər önə düşüb öz qızlarına bu bazarda ər axtarırlar.

Bu bazarı şəhər meydanında təşkil edirlər. Ər namizədlər yüzlərlə kilometr qət edib ildə doqquz gün təşkil olunan bu bazarda özlərinə ailə axtarmağa gəlirlər. Çox zaman da bu səyahət nəticəsiz qalmır. Bazarın təşkilatçıları onillərdir burada öz xoşbəxtliyini tapan insanların siyahısını aparırlar.

Seçilən
177
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16999
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14911
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10445
Səidə Sultan klipi üçün lüt soyundu
10343
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9376
Faiq Sadıqov
9166
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5999
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5938
Gənc aparıcı vəfat etdi - FOTO
5740
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5464
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5415
10 yaşlı uşağın faciəvi ölümü
5381
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4941
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4287
Ruslan Müşfiqabadlının anası vəfat edib
3822
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3393
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3238
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3133