EN

22 yaÅŸlı qız hamam otağında öldü

Lənkəranda bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
11
demokrat.az

10Sources