AZ

Lənkəranda 22 yaşlı qadın hamam otağında ölüb

Lənkəranda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
Mənbələr
Şərh ()
Bağla