Dəniz "kralı" köməkçisini qovdu, qızıl "stanok"larını geri aldı - Şok iddia

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 00:06
Dəniz "kralı" köməkçisini qovdu, qızıl "stanok"larını geri aldı -


Qüdrət Qurbanovun gizli sexlərində qızıl məmulatlarını istehsal edən müxtəlif dəzgahlar Dövlət Dəniz Administrasiyasının inzibati binasınının zirzəmisinə gətirilib.

Qüdrət Qurbanov isə Bakıda fəaliyyət göstərən gizli qızıl sexlərini isə bağlamağa məcbur olub.

Bu barədə məlumatlandırn mənbə bildirib ki, hal-hazırda müxtəlif qızıl bəzək əşyalarının hazırlanması üçün gərəkən avadanlıqlar Dövlət Dəniz Administrasiyasının inzibati binasınının zirzəmisində saxlanılır. Buna səbəb isə Qüdrət Qurbanovun çox inandığı və demək olar ki, bütün sərvətini və sirrlərini etibar etdiyi köməkçisi Ülvi Həsənovla yaşadığı problemlər olub. Elə qızıl bəzək əşyalarının hazırlanması üçün gərəkən avadanlıqları da Dövlət Dəniz Administrasiyasının inzibati binasınının zirzəmisinə gətirən Ülvi Həsənov olub.

Xatırladaq ki, bir müddət əvvəl AzMedia.info saytı "Administrasiya rəhbərinin ətrafında nələr baş verir? – Bitməyən qalmaqallar” adlı yazı dərc etmişdi. Həmin yazıda bildirilirdi ki, Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov İstanbulda bir neçə qızıl mağazası açıb. Aşağıdakı linkdə tanış yazıda həmçinin adminstrasiya rəhbərinin İstanbulda və Yunanıstanda villalar aldığı qeyd olunurdu.

Qeyd edək ki, eyni mənbə Qüdrət Qurbanovun biznesi ətrafında baş verənlərlə bağlı daha ətraflı məlumat verib. Hər şeydən əvvəl mənbə bildirib ki, doğurdan da Qüdrət Qurbanov özünün qızıl biznesini Türkiyəyə köçürüb və hazırda Dövlət Dəniz Administrasiyasının rəhbərinin qardaşı onun Türkiyədəki qızıl biznesini idarə edir.

Mənbə bildirib ki, daha əvvəllər bu qızıl biznesi Bakıdan idarə olunub və gizli fəaliyyət göstərən bu sexləri Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov idarə edib. Bu sexlərin fəaliyyət göstərdiyi ünvanları belə bildiyini iddia edən mənbə onu da bildirib ki, Ülvi Həsənovun şəxsi probleminin böyüməsi və onun sahib olduğu sirrlərin bəzilərinin məhkəmə prosseslərində səslənməsi Qüdrət Qurbanovu öz yolunu köməkçisi ilə ayırmağa məcbur edib.

Mənbə qeyd edib ki, Qüdrət Qurbanov Ülvi Həsənova öz oğlu qədər, hətta oğlundan artıq inanıb. Elə ona görə də bütün sərvətini Ülvi Həsənovun və onun qohumlarının adına sənədləşdirib. Lakin son 6 ayda baş verən prosseslər, Ülvi Həsənovun şəxsi problemlərinin ölkə rəhbərliyindəki önəmli şəxslərə qədər gedib çıxması Qüdrət Qurbanovu Ülvi Həsənovla yollarını ayırmağa məcbur edib…

Bəzi məlumatların ciddi şəkildə araşdırılması tələb olunduğuna görə Qüdrət Qurbanovla köməkçisi arasında baş verən bir çox maraqlı nüanslarla növbəti yazımızda tanış olacaqsınız…

Qarşı tərəfin mövqyeini lərc etməyə hazırıq. (Mənbə: AzMedia.info)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz