AZ

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

Arda

Bakı, 27 aprel, AZƏRTAC

İspaniya La Liqasında 33-cü tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Real Sosyedad" və "Real Madrid" komandaları üz-üzə gəliblər. Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 29-cu dəqiqədə türkiyəli futbolçu Arda Gülər vurub.

Bununla da 19 yaşlı oyunçu La Liqada vurduğu qolların sayını 2-yə çatdırıb.

Bu nəticədən sonra xallarını 84-ə çatdıran "Real Madrid" liderliyini davam etdirir. "Barselona" isə 70 xalla ikinci pillədə qərarlaşıb.

Seçilən
149
6
Mənbələr
Şərh ()
Bağla