• Şikayət et

Yuri Şatunovun həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Ötən ay ürəyi dayandığı üçün dünyasını dəyişən "Laskovıy may" qrupunun solisti, məşhur rusiyalı müğənni Yuri Şatunovun həyat yoldaşı Svetlana Şatunova xəstəxanaya yerləşdirilib.

Axşam.az "StarHit"ə istinadən xəbər verir ki, buna səbəb Y.Şatunovun vəfatından sonra Svetlananın sarsılması olub. Bu barədə prodüser Alexandrr Gerasimov açıqlama verib.

"Onun həyat yoldaşı və uşaqlarına ürəyim ağrıyır. Onun qoruduğu və heç vaxt şou-biznes deyilən zibil yığınına qatmadığı heyrətamiz ailəsi var. Yurinin ölüm xəbərindən sonra həyat yoldaşının ürəyində problemlər yaranıb, hətta xəstəxanaya yerləşdirilib. Onsuz indi necədirlər? Yuri onlara rahat yaşamaq üçün hər cür şərait yaradıb. Onlar Almaniyanın elit bölgəsində yaşayırdılar. İndi o necə olacaq? O, çox çətin vəziyyətdə tək qalıb" deyə, o, bildirib.


BiG.Az
Mənbə:
0
66
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar