“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 200-dən çox eksponat toplayıblar

“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında muxtar respublikanın məktəbliləri 200-dən çox eksponat toplayıblar.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı keçirilən tədbirdə çıxış edənlər muxtar respublikada müstəqillik dövründə mədəniyyətin və incəsənətin inkişafında əldə olunan uğurlardan bəhs ediblər.
Qeyd olunub ki, “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilən aksiyada əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi-mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlər tərəfindən qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 200-dən çox toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilib.
Sonra aksiyada fəal iştirak edənlərə təşəkkürnamələr verilib.
Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kollegiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, pul nümunələri və digər tarixi əhəmiyyət daşıyan maddi-mədəniyyət nümunələri muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilib.

Mənbə:
0
965
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar