AZ

Rusiya XİN ABŞ-nin nüvə silahı ilə bağlı Polşaya xəbərdarlıq edib

Polşanın ABŞ-nin nüvə silahını öz ərazisində yerləşdirməyə hazır olması ilə bağlı bəyanatları dərin narahatlıq doğurur.

APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Diplomatın fikrincə, belə müzakirələr təxribat xarakterlidir və gözlənilməz nəticələrə gətirib çıxara bilər.

O, bildirib ki, Polşa hakimiyyəti tərəfindən belə bir addım atılarsa gərginliyin növbəti mərhələsi başlaya bilər.

"Ümumiyyətlə, bu oyun çox təhlükəlidir" deyə Ryabkov fikrini sonlandırıb.

Xatırladaq ki, Polşa Prezidenti Andjey Duda ABŞ-nin nüvə silahının ölkəsində yerləşdirilməsinə razılıq verib.

Seçilən
133
4
Mənbələr
Şərh ()
Bağla