• Şikayət et

Senatorlar razılığa gələ bilmədilər

ABŞ senatorları “Şimal axını 2” qaz kəməri ilə bağlı fikir ayrılıqlarına görə müdafiə büdcəsinə düzəlişlər barədə razılığa gələ bilməyiblər. Bu barədə "Axios" məlumat verib. Yazılana görə, demokratlar və respublikaçıların Rusiya layihəsinə mane olmaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, prezident Co Bayden yazda “Şimal axını 2” operatoruna qarşı sanksiyalar tətbiq etməkdən imtina etdi. Onun sözlərinə görə, qaz kəməri tezliklə işə düşəcək, ona görə də indiki mərhələdə onun qarşısını almağa cəhd etməyin mənası yoxdur. Üstəlik, o əlavə edib ki, yeni sanksiyalar “transatlantik birliyi” poza bilər. Bununla belə, dekabrın 31-dən gec olmayaraq qəbul edilməli olan müdafiə büdcəsi haqqında qanuna dəyişikliklərin razılaşdırılması məsələsi gündəmdə qalır.

0
3026
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar