İngiltərənin "Lester Siti" və İspaniyanın "Sevilya" klubu "Şalke04"ün türkiyəli müdafiəçisi Ozan Kabakı öz heyətlərinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Calciomercato" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə "Şalke04" klubu futbolçu üzərindən pul qazanmaq istəyi odur ki, Kabak bu yay dəqiq klubu tərk edəcək. "Lester Siti" və ya "Sevilya" seçimində futbolçu özü düşünmədən həmyerlisi Çağlar Söyüncünün oynadığı "tülkülər"i seçəcək.
Xatırladaq ki, 21 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Liverpul"da keçirib.
Emin Şəmsiyev