AZ

Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 1-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Avstraliyaİttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələrin ilk iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-əbildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan Respublikasınınnümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov,Avstraliya İttifaqının nümayəndə heyətinə isə Xarici İşlər vəTicarət Departamentinin inkişaf, çoxtərəfli və Avropa qrupununkatibinin müavini Rod Brazier rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında münasibətlərinhazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdəəməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri ətrafındamüzakirələr aparılıb.

Nazir müavini Elnur Məmmədov postmünaqişə dövründə bölgədəmövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa,quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi haqqındaqarşı tərəfi ətraflı məlumatlandırıb.

Cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlaryaratdığı vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
165
12
Mənbələr
Şərh ()
Bağla