• Şikayət et

Çinin ən varlı adamının biznesi şok etdi

“Nongfu Spring” su şirkətinin sahibi Zhonq Şansan, “Çinin ən varlı adamları” siyahısında birinci yerdədir. Bu barədə Hurun Araşdırma İnstitutunun tədqiqat mərkəzinin hesabatında qeyd edilib.

ONN media xəbər verir ki, 68 yaşlı Zhonq Şhansan ikinci ildir ki, ən zəngin çinlilər siyahısında qərar tutub. İl ərzində sahibkarın sərvəti 17% – 65 milyard dollara qədər artıb.

İkinci yerdə məşhur TikTok tətbiqinin sahibi, “ByteDance”-ın yaradıcısı, 39 yaşlı Zanq Yiminqdir. Bir il ərzində o, demək olar ki, 28% sərvət itirib.

Çinin üçüncü ən zəngin adamı yanacaq elementi və litium-ion batareya istehsalçısı “CATL” şirkətinin qurucusu Zenq Yuqundur.

2020-ci ildə Çinin ən varlı adamı kimi tanınan “Alibaba Group”-un yaradıcısı Cek Ma bu il 9-cu yeri tutub.

 

Mənbə:
0
988
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar