AZ

“Türkiyənin yanaşması indiki məqamda doğrudur”

Türkiyənin Los-Anclesdəki konsulunu qətlə yetirən, ömürlük həbs cəzası alan, iki dəfə əfvə düşsə də, etdiyi qatı cinayətə görə, qərara veto qoyularaq azadlığa buraxılmayan, amma 2021-ci ildə azad olunan Hambig  Sasunyan indi də Ermənistanda etiraz aksiyasının iştirak edir. 

Hambig  Sasunyan azad olunanda Türkiyə bunu pislədi. Və ancaq pislədi. Amma Sasunyan azad olunandan sonra Ermənistana köçdü. Bu gün o Ermənistan hökumətinin Azərbaycanla və Türkiyə ilə münasibətləri nizamlamağa qarşı çıxanlarla bir yerdədir. 

Türkiyə isə sanki buna biganə kimi görünür

Baş verənləri Herbiand.az-a şərh edən politoloq Turan Rzayev bildirdi ki, Hambig  Sasunyan türk diplomatı qətlə yetirən qatı terrorçulardan biridir:

“Türkiyə kimi bir ölkənin bu məsələyə reaksiya bildirməsi, Türkiyənin prestijinə bir qədər uyğun gəlməyəcək”.  

Politoloqun sözlərinə görə, hansısa bir qərar  Türkiyənin o şəxsi ciddiyə aldığı kimi görünəcəkdir və hətta bu şəxs Türkiyənin bu reaksiyasından cəsarətlənib yenidən belə bir hadisə törədə bilər: 

“Bu baxımdan Türkiyənin yanaşması indiki məqamda doğrudur. Lazım gələrsə, Ermənistan hakimiyyətinə müvafiq müraciət edilər və həmin şəxsin həbs edilməsi təmin edilə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
herbiand.az

1Mənbələr