Erməni dirijor Paşinyanı hədələdi: "Onu güllələyərəm!"

Tanınmış erməni dirijor Vardan Akopyan baş nazir Nikol Paşinyan haqqında sərt ifadələr işlədib. Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Akopyan deyib ki, əlində imkan olsaydı ölkə rəhbərini güllələyərdi.

"Düzünü desəm, Nikoldan tutmuş ölkədəki son xəyanətkara kimi hər birini güllələyərdim. Əlim belə titrəməzdi. Nə cəhənnəm perspektivindən, nə də mənasız xeyirxahların qınağından qorxmuram. Əsl cəhənnəm xəyanətkarlar məqsədlərinə çatanda olacaq.
Mən ifrata varıram? Xeyr, bu özünümüdafiyə tələbidir.

1921 -ci ildə "Nemesis" əməliyyatı 300 -dən çox erməni xainin edamı ilə başladı. Çətin ki, biz bu saya çataq”.

Tural Tağıyev
 

Mənbə:
0
31
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar