AZ

Uşağı üçün aldığı“Moy” meyvə şirəsinin içindən ilbiz çıxdı - RƏSMİ AÇIQLAMA - VİDEO

Rusiyada istehsal olunan meyvə şirəsinin içindən qurd çıxıb.
Avtosfer.az-ın məlumatına görə, zərəçəkmiş xoşagəlməz hadisəylə bağlı videonu sosial şəbəkədə paylaşıb. Belə ki, Şirvan şəhər sakini marketlərdən birindən aldığı “Moy” meyvə şirəsini övladı içə bilmədiyi üçün qabını kəsərək içinə baxıb. Bu zaman qabdan öncə bulanıq rəngdə kiflənmiş maye, sonra isə “ilbiz” çıxıb. 
Qeyd edək ki, video müzakirələrə səbəb olub. Məhsuldan istifadə edənlərin əksəriyyəti buna bənzər halla qarşılaşdıqlarını bildiriblər.
Avtosfer.az məsələylə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və “Moy” şirələrini istehsal edən “Gardens of Pridonya” şirkətinin əməkdaşıyla əlaqə saxlayıb. AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələylə bağlı araşdırma aparılacaq. 
“Gardens of Pridonya” şirkətinin Regional İxrac meneceri məsələyə münasibət bildirib. O qeyd edib ki, paketin içərisindən çıxan xoşagəlməz şey qurd deyil: “Bu nadir hallarda baş verən hadisədir və paketdən çıxan ilbiz deyil kifdir. Paket zədələnəndə, yaxud içinə hava daxil olanda kif meydana gəlir”. 

Nərmin

Seçilən
252
Mənbələr
Şərh ()
Bağla