• Şikayət et

1 manatlıqlar min manata göydə fırlanır - səbəb...

Eldəniz Əmirov: “1 manatlıq əskinasların baha qiymətə təklif edilməsi onun seriyasında olan nadirliklə bağlıdır”

Son zamanlar elan saytlarında 1 manatlıq əskinasın 1000 manata satışa çıxarılması ilə bağlı məlumatlar yayılır. Qeyd edilir ki, 1 manat 1000 manata satılır. Bu işlə məşğul olan, əskinası satan Səbuhi Hüseynov bildirib ki, bu 1 manatı 1000 manata bərabər edən səbəb onun seriya nömrəsidir ki, bunun da kifayət qədər həvəskarları var: “1 manatlıq əskinasın, gündəlik xərclədiyimiz və ya gördüyümüz əskinaslardan heç bir fərqi yoxdur. Lakin bu əskinas 1000 manata təklif edilir”.

İqtisadçılar bildirir ki, əskinasların baha qiymətə satışa çıxarılmasının heç bir iqtisadi və maliyyə dəyəri olmayan bir prosesdir. Bəzi iş adamları əskinaslar simvolik dəyər verdiyi üçün baha qiymətə təklif edilir.

“Biznes bacarığı yüksək olan insanlar istənilən nəsnədən pul çıxarmağı bacarırlar”

1 manatlıq əskinasın 1000 manata satışa çıxarılması barədə fikir bildirən iqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istənilən pul əskinası əmtəədir: “İstənilən əmtəədəyərini formalaşdıran bir neçə səbəblər var. Onun istifadə istiqamətləri,zəruriliyi, verə biləcəyi faydalar, maddi və mənəvi dəyəri əmtəə dəyərini formalaşdırır. Həmçinin, əmtəə nadir olacağı təqdirdə o əlavə dəyər qazanır. Bu dəyər isə ölkədən ölkəyə, cəmiyyətdən cəmiyyətə, tarixdən tarixə dəyişir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, 1 manatlıq əskinasların baha qiymətə təklif edilməsi onun seriyasında olan nadirliklə bağlıdır. Əslində, burda hər hansı bir dəyərdən söz gedə bilməz. Sadəcə, psixoloji olaraq insanların maraqlarını cəlb etməklə qeyd edilən əskinası baha qiymətə satmağa çalışırlar.

Ekspertin sözlərinə görə, istənilən əmtəə satışa çıxırsa mütləq onun alıcısı olacaq. Ümumiyyətlə, biznes bacarığı yüksək olan insanlar istənilən nəsnədən pul çıxarmağı bacarırlar.

Günel CƏLİLOVA

Mənbə:
0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar