İşğaldan azad edilən 3 rayonun təkcə baş planlarına – 8,5 MİLYON MANAT XƏRCLƏNƏCƏK

Azərbaycanın işğaldan azad edilən 3 rayonunun baş planına xərclənəcək  vəsaitlərin məbləği məlum olub. 

FED.az xəbər verir ki, Şuşa, Füzuli və Cəbrayıl rayonlarının yenidən qurulması üçün hazırlanacaq baş planlara ümumilikdə 8, milyon manat sərf ediləcək.

Bundan 

Şuşa şəhərinin baş planının hazırlanması işləri - 3 941 200 AZN – (planı Chapman Taylor LP hazırlayıb)

Cəbrayıl şəhərinin baş planının hazırlanması işləri - 3 644 889 AZN (planı Chapman Taylor LP şirkəti hazırlayıb)

Füzuli şəhərinin baş planının hazırlanması işləri - 991 200 AZN (planı Bakı Dövlət Layihə İnstitutu hazırlayıb). 

Həmin təşkilatlarla göstərilən məbləğdə müqavilələr bağlanılıb. 
Dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, sözügedən müqavilələrlə bağlı müsabiqə satınalmalar portalında yerləşdirilməyib. 

Mənbə:
0
1228
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar