“Atəşkəsin pozulmasının müsbət cəhəti ondan ibarətdir ki...” 

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymışdı.

 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasının səbəblərini açıqlayıb.

 

“Atəşkəs pozulub, bu fakt təsdiqlənib. Bir ara bu hallar çoxalmışdı amma sonra azaldıldı. Atəşkəsin pozulması ola biləcək amillərdən biridir. Orada yaşayan ermənilər Ermənistanda yaşayan revanşistlərlə əlaqəlidirlər. Ermənistanda olan revanşist qüvvələr köhnə Qarabağ klanının rəhbərliyində olan şəxslərdir. Ermənistanla olan sərhəddə artıq nisbi sakitlikdir. Ermənistan dövləti bu məsələni müəyyən şəkildə nəzarət altında saxlaya bilir. Ölkə ərazisində atəşkəsi pozublar və bununla bağlı müvafiq tədbirlər görülür. Atəşkəsin pozulmağında bir neçə məqsəd var. Onlar  göstərmək istəyirlər ki, sülhün bərqərar edilməsinə şərait yoxdur. Digər tərəfdən sülhməramlı qüvvələrin fəaliyyətini kölgə altına salmaq istəyirlər. Azərbaycan tərəfin sülhməramlı qüvvələrinə qarşı narazıçılıq etmək üçün bu addımlar atılır”.

 

Ehtiyatda olan polkovnik atəşkəsin pozulmasında müsbət cəhətin də olduğunu söyləyib.

“Üçtərəfli qol çəkilmiş bəyənnamənin pozulmasa ilə bağlı müəyyən addımlar atılacaq . Atılan bu addımlara əsasən, silahlı ermənilər nə vaxt tərksilah olacağı sualına cavab tapmaq olar. Bu addımın mənfi və müsbət tərəfləri olacaq. Mənfi cəhət  odur ki, atəşkəs pozulur. Müsbət hal isə onların tərksilah olunma məsələsinin tezləşdirilməsidir. Hər şey nəzarət altındadır heç bir narahatçılığa ehtiyac yoxdur”.

 

Qeyd edək ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin VAZ-2121 markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Mənbə:
0
142
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar