• Şikayət et

Arzu Nağıyev: “Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı”

Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər.

RADİOArzu Nağıyev: “Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı”

“Vətən Müharibəsinin başlanma səbəblərindən biri azğınlaşmış ermənilərin Azərbaycan yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması, sərhədboyu rayonlarımıza qarşı təxribatlar törətməsi idi”. Bunu Sputnik Azərbaycan-a Vətən Müharibəsinin anım günü ilə bağlı danışarkən millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatları ilə 44 gün ərzində qələbəyə nail oldu: “Biz bu qələbə ilə ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdik. Bu müharibəyə gətirib çıxaran səbəblər var idi. Müharibədən öncə Ermənistan tərəfi Tovuz istiqamətində təxribat törətmişdi. Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər. Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı. Bu ölkə BMT-nin qətnamələrini önəm vermədiyini göstərdi. Eyni zamanda münaqişənin həlli ilə məşğul olmağı öhdəsinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti deklarativ bəyanatlardan uzağa getmədi. Bütün bunlara görə Vətən Müharibəsi başladı. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün BMT qətnamələrini hərbi yolla icra etdi. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuz və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına bu qələbəyə nail oldu”.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Mənbə:
0
1899
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar