AZ

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

Superliqa:

Bakı, 26 aprel, AZƏRTAC

Türkiyə Superliqasında 34-cü tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Hakim Ziyeş açıb. 64-cü dəqiqədə Kərim Dəmirbay fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqəsində Mauro İkardi müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 93-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir. "Fənərbağça" 86 xalla ikinci pillədə qərarlaşıb.

Seçilən
56
25
Mənbələr
Şərh ()
Bağla