AZ

Rəisi ilə vida mərasimində 50-yə yaxın xarici nümayəndə iştirak edəcək

Bəzi ölkələrin liderləri mərhum İran prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak etmək üçün ilk dəfə İrana səfər ediblər.

Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikası hökumətinin rəsmi nümayəndəsi Əli Bahadori Cəhromi deyib.

Bahadori Cəhromi bildirib ki, Tunis prezidenti Kays ilk dəfə İrana səfər edir.

İRNA agentliyinin məlumatına görə, mayın 22-də yerli vaxtla saat 14:00-da Tehranda xarici qonaqlar üçün mərhum prezidentin iştirakı ilə keçiriləcək vida mərasimində 50-yə yaxın xarici nümayəndə heyəti iştirak edəcək.

Onların arasında 10-dan çox nümayəndə heyəti dövlət başçıları səviyyəsində, daha 20 nümayəndə heyəti isə nazirlər səviyyəsində təmsil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
ucnoqta.az

1Mənbələr