AZ

Rüfət Dadaşovun komandası mövsümü 4-cü pillədə bitirdi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Almaniyanın Şimal-Şərq Regional Liqasında 2023/2024 mövsümünün sonuncu – 34-cü turu çərçivəsində “Berliner”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası Berlin derbisindən inamlı qələbə ilə ayrılıb – 3:1.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Artıq geridə qalmış mövsümdə 14 qola imza atmış azərbaycanlı futbolçunun adı son qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Bunun səbəbi hücumçunun ciddi zədədən əziyyət çəkməsidir.

Berlin “Dinamo”su cari mövsümdə keçirdiyi 34 oyunda 61 xal toplayıb və mövsümü 4-cü yerdə başa vurub. Futbolçumuzun komandası çempion “Kottbus”dan 10 xal geri qalıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 29 oyuna 14 qol vurub, 5 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
4
arena.az

10Mənbələr