AZ

Rüfət Dadaşovun komandası qələbəni son anda əldən verdi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Almaniyanın Şimal-Şərq Regional Liqasının 30-cu turu çərçivəsində “Erfrut”la qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası 3-cü və 27-ci dəqiqədə vurduğu qollarla hesabda önə keçsə də, 45+3-cü və 90+1-ci dəqiqələrdə buraxdığı toplar nəticəsində qələbəni əldən verib.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 14 qola imza atmış azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bunun səbəbi hücumçunun hazırda ciddi zədədən əziyyət çəkməsidir. Onun bu mövsüm bir daha meydana çıxması gözlənilmir.

30 turdan sonra 57 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb və liderdən 4 xal geri qalır.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37077
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24126
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19014
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14862
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13409
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11616
Helikopterin qalıqları tapılıb
11076
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7784
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6862
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5684
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5441
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4691
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3354
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3149
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2338
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2280