AZ

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

Son günlərdə Bakı və bölgələrdə onlayn dələduzluq hallarının sayı artıb. Təkcə dünən ayrı-ayrı vətəndaşların işə düzəltmək, maşınını satmaq adı ilə minlərlə manatı ələ keçirilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, işə düzəlmək və maşınını satmaq istəyən vətəndaşlar bank kartlarının 16 rəqəmini tanımadığı adamlara verərək pullarını itiriblər. Nəticədə işə düzəlmək istəyən şəxsin 7480, maşınını satmaq istəyənin isə 5000 manat pulu ələ keçirilib.

Nazirlikdən həmçinin bildirilib ki, dələduzlar təkcə mayın 16-da 10-dan çox vətəndaşın bank kartı məlumatlarını alaraq, ümumilikdə onlara 20 min 388 manat ziyan vurublar.

DİN bir daha müraciət edərək, vətəndaşları tanımadıqları şəxslərə bank kartı məlumatlarını təqdim etməməyə çağırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
ucnoqta.az

1Mənbələr