AZ

"LGBTQ" bu ölkədə "ruhi xəstə" adlandırıldı

Peru hökuməti transseksual və interseksləri rəsmi olaraq “ruhi xəstələr” kateqoriyasına aid edib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə, Peru  Prezidenti Dina Boluarte sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, transgenderlərin cinsi kimlikləri ilə bağlı şübhələri müalicə edilməli və psixi sağlamlıq vəziyyətləri müalicə olunmalıdı. Səhiyyə Nazirliyi, bu qərarın Perunun ictimai səhiyyə xidmətlərinin "ruhi sağlamlıq üçün tibbi müdaxilənin tam həcminə zəmanət verə biləcəyi" yeganə yol olduğunu iddia edib. Bir çox LGBTQ+ fəalları və insan haqları müdafiəçiləri bu qərara reaksiya göstərib və bildiriblər ki,  bunun transgender insanlara qarşı ayrı-seçkilik və damğalanma formasıdır. Bu qərarın transseksualların psixi və fiziki sağlamlığına necə təsir edəcəyi və bunun Peruda LGBTQ+ hüquqlarına hansı nəticələrinin olacağı hələ aydın deyil. Jalə Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
manset.az

2Mənbələr