AZ

İsrail Rəfaha əlavə hərbçi göndərir

İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant hərbi əməliyyatların davam etdiyi üçün Rəfah bölgəsinə daha çox ordu hissələrinin köçürülməsinin zəruri olduğunu bildirib.

News24.az  xəbər verir ki müdafiə nazirliyi Qəzza zolağında və regionla sərhədlərdə mövcud vəziyyəti təhlil edib, bundan sonra bu zonaya əlavə qüvvələr göndərmək qərarına gəlib.

Hərbi idarə bu şəhərdə cəmləşmiş qalan HƏMAS qüvvələrini məhv etmək üçün Rəfah yaxınlığında hərbi əməliyyatları gücləndirir . Vəziyyət onunla çətinləşir ki, məhz Rəfahda Qəzza zolağının digər bölgələrindən çoxlu sayda məcburi köçkünlər toplanıb.

Qeyd edək ki, cümə axşamı gecə komandanlıq Komando xüsusi təyinatlı briqadasını Rəfaha yerləşdirib. 

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
41
news24.az

10Mənbələr