AZ

İsrail Rəfahda hücumlarını genişləndirir

İsrail ordusu Qəzza zolağının cənubunda, yəni Qəzza ilə Misir arasında sərhəd olan Rəfah şəhərinin qərbində Filadelfiya dəhlizində quru hücumlarını genişləndirib.

News24.az xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail ordusu güclü hava və quru bombardmanları ilə Filadelfiya dəhlizində quru hücumlarının əhatə dairəsini genişləndirməyə davam edir.

İsrail əsgərləri Rəfah şəhərinin mərkəzi hissələrinə qədər irəliləyərək Filadelfiya dəhlizinin ortasına çatdılar.

İsrail hərbi maşınlarının Filadelfiya dəhlizində, Rəfah şəhərinin Misir sərhədinə paralel məhəllələrində irəlilədiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.

Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
41
news24.az

10Mənbələr