AZ

Bakı ilə protokolun imzalanması... – Paşinyan sevinir

Dünən Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanması böyük uğurdur.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı oldu. Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - Paşinyan bildirib.

Paşinyan bu prosesə görə Mger Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
7
yenipress.az

10Mənbələr