AZ

Tiflis AB-ni hökuməti devirmək cəhdinə yardım etməkdə ittiham etdi

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Tiflisdə “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən mitinqdə iştirak edən İslandiya, Litva və Estoniya xarici işlər nazirlərini Gürcüstan hökumətini devirməyə cəhddə ittiham edib.

Yenipress.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Radikal müxalifət partiyaları tərəfindən hökumətə qarşı yönəldilmiş bir qrup gəncə üz tutmaq və onları “bütün xalq” adlandırmaq AB xarici işlər nazirlərindən daha çox Sovet və ya Rusiya təbliğatından gözlənilən bir hərəkətdir. Hələ üstəlik, demokratik yolla seçilmiş hökumətin verdiyi qərarı bəyənmədiyiniz üçün onu devirməyə cəhd edənlərlə əlbir olmağı demirəm”, - o bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
yenipress.az

1Mənbələr