AZ

Zelenksi Xarkovda Komandanlıq Qərargahının iclasını keçirib – “Vəziyyət son dərəcə çətindir...”

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Xarkovda Ali Baş Komandanlıq Qərargahının iclasını keçirib. Bu səfər Rusiya ordusunun Xarkov vilayətinə genişmiqyaslı hücumu fonunda baş verib. Hazırda döyüşlər Xarkovdan təxminən 20 kilometr aralıda yerləşən Liptsy kəndinin şimalında gedir. Bölgənin şimal-şərqində, Rusiya sərhədinə yaxın Volçansk şəhərində də küçə döyüşləri barədə məlumatlar var.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin və müvafiq istiqamətlərin komandirlərinin məruzəsini dinləyib. "Bu gün Xarkov vilayətində vəziyyət ümumilikdə nəzarət altındadır", - bildirən Zelenski qeyd edib ki, vəziyyət son dərəcə çətin olaraq qalır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 16-na olan səhər hesabatında bildirib ki, Rusiya qoşunlarının Volçanskın şəhərsalma ərazisinə mümkün qədər dərindən nüfuz etmək planları pozulub. Xəbərdə deyilir ki, döyüşlər şəhərin şimal hissəsində gedir.

Rusiyanın müharibə tərəfdarı olan teleqram kanalları Volçanskın giriş lövhəsində rus hərbçilərinin videolarını dərc edir, amma onların nə vaxt və harada çəkildiyi məlum deyil. Ukraynanın DeepState layihəsi öz xəritəsində göstərir ki, şəhərin şimal hissəsinə Rusiya, cənub hissəsinə isə Ukrayna hərbçiləri nəzarət edir. 

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
48
azpolitika.info

10Mənbələr