AZ

Ukrayna Xarkovu itirə bilər: Zelenski bütün dünyanı ittiham etdi

Ukrayna prezidenti Volodimir Zelenski rus qoşunlarının tədricən yaxınlaşdığı Xarkova səfəri zamanı ABC News telekanalına müsahibə verib.

O, bildirib ki, mövcud vəziyyətə görə bütün dünya günahkardır. O əlavə edib ki, Ukrayna Xarkovu itirməyə tab gətirə bilməz, lakin şəhər ətrafında vəziyyət çox ciddidir: “Bu, bütün dünyanın günahıdır. Putinə işğal etmək imkanı verdilər. Amma indi dünya kömək edə bilər”, – Zelenski bildirib. Ukrayna lideri jurnalistlə söhbəti zamanı hərbi hospitala baş çəkib.

Orada yaralı əsgərlərlə söhbət edib, onlara mükafatlar təqdim edib. Onun sözlərinə görə, Ukraynanın son bir neçə gündə itkiləri yüzlərlə ölən və yaralanan insandır. Zelenski əlavə edib ki, Ukrayna iki “Patriot” sistemi alsa, Rusiya qoşunları Xarkovu ala bilməyəcək.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
50
editor.az

10Mənbələr