AZ

Ermənistanda polislə etirazçılar arasında toqquşmalar başladı -VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. News365.az xəbər verir ki, Tavuşun inqilabçı keşişi Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş” hərəkatı İrəvanda hökumət binası qarşısında iğtişaşlar törədir. Yerli media artıq polis və qırmızı beretlilərin həbslərə başladığını yazıb. 

"Xüsusilə, hərəkatın liderlərindən biri, müxalifətçi deputat Qarnik Danielyan Ermənistan Daxili İşlər Nazirliyinin patrul xidmətinin rəhbəri Artur Xudinyandan etirazçıların saxlanılmasının səbəbini bir neçə dəfə öyrənməyə çalışıb. Ona bu barədə polisin mətbuat xidməti məlumat verəcək deyiblər. Deputata deyiblər ki, “Ehtiyac yarandı, polis tədbirlər görəsi oldu, indi hər şeyi deyə bilmərəm. Bütün məlumatları polisin mətbuat xidməti verəcək”, - Sputnik Armeniya yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
30
news365.az

10Mənbələr