AZ

Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək

Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə Şurasının iclasını keçirəcək. SİA xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadla məlumat yayıb.

Xatırladaq ki, şuranın əvvəlki iclası mayın 15-də keçirilib.

Daha əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirmişdi ki, Fransa hüquq-mühafizə orqanları Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərindən La Tontuta Beynəlxalq Hava Limanına gedən əsas yolu barrikadalardan təmizləyib.

Səlahiyyətlilərin son məlumatlarına görə, 230-a yaxın etirazçı saxlanılıb, polis və jandarma əlavə qüvvələri adaya gəlməkdə davam edir.

Qeyd edək ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtında yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə etirazlar iğtişaşlara çevrilib. Yeni Kaledoniyada 12 gün müddətinə fövqəladə vəziyyət elan edilib, liman və hava limanlarının mühafizəsi üçün hərbçilər gətirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
50
sia.az

10Mənbələr