AZ

Azərbaycanın gündəlik neft hasilatı açıqlandı

2024-cü ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Energetika Nazirliyinin yaydığı məlumata görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Qeyd edilib ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir. Beləliklə, Azərbaycan kvotanı 86,4% icra edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
17
marja.az

10Mənbələr