2024-cü ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.
Energetika Nazirliyindən “Cebhe.info”-ya verilən xəbərə görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib. Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.