AZ

"Mina terroru insan əxlaqının pozulması aktıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Mina terroru həm müharibə şəraitində, həm də müharibədən sonrakı dönəmdə insan əxlaqının pozulması aktıdır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, təəssüf ki, mina terroru ölkəmizdə davam edir: "Azərbaycanda 350-400 nəfərə yaxın insan mina terrorunun qurbanı olub. Müxtəlif formalarda həlak olanlar, hətta bədən üzvlərini itirənlər var. Problemin mahiyyəti çox böyükdür. Minadan çirkləndirilmiş ərazilər əslində dünyanın diqqət mərkəzində insan hüquqlarının təmin olunması prizmasına dayanmalı olan bir nömrəli vəzifəyə çevrilməlidir.

Amma dünyanın ədalətsizliyi heç də həmişə bu cür proseslərə diqqət yetirmək üçün kifayət etmir. Çünki görməzdən gəlirlər. Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin davamı olan mina terrorunu bəzən adi hal kimi qəbul edirlər. Azərbaycan bununla necə mübarizə aparsın? Ermənistan mina xəritələrini vermir. Yaxud Avropa İttifaqı çox narahatdırsa, Amerikanın müxtəlif dövlət qurumları o zaman böyük proqramlar qəbul edib Azərbaycan ərazilərinin minalardan təmizlənməsi hərəkatına dəstək verməlidirlər. Amma bunun heç birini görmədik. Həmişə əks mövqe görürük. Azərbaycan öz daxili resursları hesabına minalardan ölkəsini, ərazisini təmizləmə siyasəti həyata keçirir. Təbii ki, təmizləmə prosesi illər alacaq. Müəyyən problemlər var ki, dəqiq deyil, konkret olaraq hansı bölgələr minalarla çirkləndirilib".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
sia.az

1Mənbələr