AZ

""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qız üçün "başlıq parası" vermək qədim adət-ənənələrimizdən gəlir, yeni yaranmayıb". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, son 20-30 ildə çox mənasız şeylər formalaşıb: "Hansı ki, daha da problemlər yaradır. Amma bu dediyimiz problem qədimdən gəlir, qədimdən gələn problemlər də öz dövrü, zamanı üçün əhəmiyyətli olub. O vaxt başlıq ona lazım idi ki, o dövrün tələblərinə uyğun olaraq onun mənası var idi.

"Başlıq parası"nın maddi tərəfi də var idi. Amma indi cəmiyyət o qədər dəyişib ki, burada "Başlıq parası" öz mənasını itirib. İndi daha çox valideynlər çalışmalıdır ki, uşaqları daha xoşbəxt olsunlar. İndi valideynlər birlikdə çalışmalıdırlar ki, nələr edə bilərlər, bununla da qurulan ailə daha xoşbəxt olsun. Yoxsa, biri digərindən başlıq istəsin, o biri də cehiz istəsin, normal deyil. Bu adətlərin hamısına cəmiyyət üçün artıq yenidən baxılmalıdır. Belə şeylər öz mahiyyətini, əhəmiyyətini itirib".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
sia.az

1Mənbələr