AZ

ABŞ təyyarədaşıyan gəmisi Yaponiyadakı missiyasını başa vurub

“Ronald Reagan” nüvə təyyarədaşıyan gəmisi 2015-ci ilin oktyabr ayından bəri yerləşdiyi Yaponiyadakı missiyasını başa vuraraq, Tokio körfəzinin girişindəki Yokosuka Dəniz Stansiyasını tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarədaşıyan gəmi təmir və nüvə yanacağının dəyişdirilməsi üçün ABŞ-a yollanır.

İlin ikinci yarısında Ronald Reyqanın yerinə eyni sinifdən olan Corc Vaşinqton adlı təyyarədaşıyan Yokosuka bazasına gələcək. Bu gəmi artıq 2008-ci ildən 2015-ci ilə kimi orada olub. Bundan sonra ABŞ-da texniki baxışdan və təmirdən keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
ucnoqta.az

1Mənbələr