AZ

"Ağ çiçəyim" gül mağazasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

"Ağ çiçəyim" gül mağazasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

"Həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib", - deyə məlumatda qeyd olunub.

01:38

"Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın yerinə səkkiz yanğınsöndürmə avtomobili, üç xüsusi texnika və 75 nəfər şəxsi heyət cəlb edilib".

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.

Onun sözlərinə görə, yanğın qısa müddət ərzində məhdudlaşdırılıb və hazırda tam söndürülmə işləri görülür:

"Xəsarət alan insanlar barəsində hələ ki, heç bir məlumat daxil olmayıb. Yanğının ərazisi ölçülür, əlavə məlumat veriləcək".

00:52

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
42
sonxeber.az

10Mənbələr