AZ

"Əsas məqsəd yanğın baş verəndən sonra qarşısını almaq deyil, yanğın baş verməsin deyə öncədən tədbirlər görmək olmalıdır" - Ekspert

Ötən gün "Ağ çiçəyim" mağazasında baş verən yanğına səbəb elektrik şəbəkəsindəki nasazlıq olub.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev BiG.AZ-a bildirib ki, əsas məqsəd yanğın baş verəndən sonra qarşısını almaq deyil, yanğın baş verməsin deyə öncədən tədbirlər görmək olmalıdır.Obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxsdən əlavə, elektrik təsərrüfatına cavabdeh şəxs olmalıdır. Bu şəxs tərəfindən elektrik naqillərinin sazlığı gündəlik olaraq yoxlanılmalı, ildə 1 dəfədən az olmayaraq elekktrik naqillərinin müqaviməti lisenziyalaşmış şirkət tərəfindən yoxlanılmalı və naqilllərin saz vəziyyətdə olması ilə bağlı akt təqdim olunmalıdır. Yanma riski olan materiallar elektrik naqillərinin yaxınlığında yığılmamalıdır:

"Yanğın hadisələrinin baş verməməsi üçün kompleks tədbirlər görülməlidir. Bu kompleks tədbirlər ölkəmizdə mövcud olan yanğın təhlükəsizliyi qaydalarına uyğun aparılmalıdır. Öncədən yanğın riski yaradan amillər aşkarlanmalı və həmin risklər aradan qaldırılmalıdır. Bu tədbirlərin öncədən görülməsində xüsusi mahiyət ondan ibarətdir ki, yanğın ümumiyyətlə baş verməsin. Əsas məqsəd yanğın baş verəndən sonra qarşısını almaq deyil, yanğın baş verməsin deyə öncədən tədbirlər görmək olmalıdır.Yanğın hadisələri baş verdiyi halda isə hər bir obyektdə yanğına ilkin müdaxilə etmək üçün bütün vasitələr öncədən təmin olunmalıdır. Hər bir obyekt,müəssisə ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. İlkin yanğnsöndürmə vasitələri obyektin həcminə uyğun göstəricilərə görə təşkil olunmalıdır. Yanğınsöndürən balon ildə 1 dəfədən az olmayaraq texniki baxışdan keçməlidir. Obyektlərdə yanğın haqqında vaxtında məlumatlı olmaq üçün yanğın siqnalizasiya sistemləri quraşdırılmalıdır. Yanğın siqnalizasiya sistemlərinin quraşdırılması həm də yanğın haqqında Dövlət Yanğından Mühafizə Xidmətinin də vaxtında xəbərdar olmasını təmin edən bir bvasitədir. Yanğın siqnalizasiya sistemindən əlavə, avtomatik sulu söndürmə və ya köpüklü söndürmə sistemlərinin təmin olunması məqsədəmüvafiqdir. Yanğın baş verdikdə bu sistemlər avtomatik işə düşür və kiçik yanğın hadisələrinin böyümədən qarşısını alır. Hər bir obyektdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmalıdır. Bu şəxs müəssisə daxili əmrlə təyin olunmalıdır.Yanğın təhlükəsizliyinə cavabdeh şəxs tərəfindən müvafiq olaraq yanğın təhlükəsizliyinin monitorinqi aparılmalı, aşkarlanan uyğunsuzluqlar barədə sahibkara məlumat verməli və sahibkar tərəfindən bu uyğunsuzluqların həlli istiqamətində addımlar atılmalıdır. Yanğın hadisələri zamanı insanların təhlükəsiz və sağlam şəkildə təxliyə olunması üçün obyektlərdə təxliyə planları çəkilməli və hər kəsin görə biləcəyi yerlərdə asılmalıdır. Obyektlərdə insanların təxliyəsi üçün əsas və ehtiyat çıxış qapıları mövcud olmalıdır. Bu qapılar çöl istiqamətə açılmalıdır. Obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxsdən əlavə, elektrik təsərrüfatına cavabdeh şəxs olmalıdır. Bu şəxs tərəfindən elektrik naqillərinin sazlığı gündəlik olaraq yoxlanılmalı, ildə 1 dəfədən az olmayaraq elekktrik naqillərinin müqaviməti lisenziyalaşmış şirkət tərəfindən yoxlanılmalı və naqilllərin saz vəziyyətdə olması ilə bağlı akt təqdim olunmalıdır. Yanma riski olan materiallar elektrik naqillərinin yaxınlığında yığılmamalıdır. Yanma riski olan obyektlərdə işıqlandırma sistemindən hər hansı qığılcımın həmin materialların üstünə düşməsi riski tamamilə aradan qaldırılmalıdır. Anbarlarda və xüsusi obyektlərdə yanma riski olan materiallar yığılırsa, orada işıqlandırma sistemi tam təhlükəsiz təmin olunmalıdır ki, hər hansı bir qığılcım və elektrik naqillərində baş verən qısaqapanma yanğına səbəb olmasın. Bütün bu sadaladığımız tədbirlər formal xarakter daşımamalıdır. Sahibkarlar yanğın təhlükəsizliyi məsələlərində xüsusi diqqətli olmalı və bu tədbirlərin təşkil olunmasına nəzarət etməlidirlər. Çünki baş verən yanğınla bağlı məsuliyyət obyekt sahiblərinin üzərinə düşür".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
42
big.az

10Mənbələr