AZ

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

Futbol

Bakı, 16 may, AZƏRTAC

Futbol üzrə İtaliya Kubokunun qalibi məlum olub.

AZƏRTAC xəbər verir ki, finalda "Atalanta" və "Yuventus" komandaları üz-üzə gəlib. Görüş "qoca sinyora"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 4-cü dəqiqədə Duşan Vlahoviç vurub.

Bununla da "Yuventus" 15-ci dəfə İtaliya Kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
4
azertag.az

10Mənbələr