AZ

Üç Avropa ölkəsinin xarici işlər nazirləri Tbilisidə keçirilən mitinqdə çıxış ediblər

Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Tbilisidə keçirilən mitinqdə çıxış ediblər.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Tbilisidə keçirilən mitinqdə xarici agentlər haqqında qanuna qarşı çıxış ediblər.

Onlar etirazçıları dəstəkləyib və Gürcüstanın yerinin Avropa İttifaqında olduğunu vurğulayıblar.

Hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze nazirlərin çıxışını qütbləşməni artırmaq cəhdi adlandırıb. “Təsəvvür edirsiniz ki, bizim xarici işlər nazirimiz şərti olaraq İrəvana gedib və orada müxalifətin mitinqində çıxış edib? Bu necə münasibətdir? - dedi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
ucnoqta.az

1Mənbələr