AZ

Yeni Kaledoniyada qan töküldü: Paris yerli əhalini hədələyir

Yeni Kaledoniya adasında seçki islahatları ilə bağlı etirazlarda qan tökülüb.

Bu gün qeydə alınan iğtişaşlarda adanın yerli əhalisi olan kanakların 3 gənci və bir polis məmuru öldürülüb.

Fransa hakimiyyəti əsarətdə saxladığı adada fövqəladə vəziyyət elan etməklə etirazların qarşısını almaq niyyətindədir. Paris bildirir ki, bu addım hakimiyyət orqanlarına Fransanın idarə etdiyi adada insanların toplaşmalarını və hərəkətini qadağan etmək üçün əlavə səlahiyyətlər verəcək.

Adada məktəblər bağlanıb və artıq paytaxtda komendant saatı tətbiq edilib. Fransanın Baş naziri Qabriel Attal ada əhalisini hədələyərək "biz heç bir zorakılığa dözməyəcəyik" deyib.

Xatırladaq ki, etirazlart dünən Parisdə qanunvericilər tərəfindən qəbul edilən və 10 ildir Yeni Kaledoniyada yaşayan fransızlara əyalət seçkilərində səs verməyə icazə verən yeni qanun layihəsi ilə bağlı yaranıb: Yerli liderlər bu addım Kanakların seçki mövqeyini zəiflədəcəyini bildirirlər.

Seçki islahatları, Avstraliyadan təxminən 1500 km şərqdə Sakit Okeanın cənub-qərbində yerləşən minerallarla zəngin adada Fransanın əsarətinə qarşı onilliklər davam edən mübarizənin ən son nöqtəsidir.

Fransa 1853-cü ildə adanı ilhaq edib, ona 1946-cı ildə xaricdəki ərazi statusu verdi. Ada uzun müddətdir ki, müstəqillik hərəkatları ilə sarsılır.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
musavat.com

10Mənbələr