Berlin Rusiya prezidenti Vladimir Putinin Çinə səfərini izləyəcək.
İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib Berlində İsveçrə Prezidenti Viola Amherdlə keçirdiyi mətbuat konfransında bildirib.
"Əlbəttə, bu, yaxından izlədiyimiz bir görüşdür", - Şolts qeyd edib.
Qeyd edək ki, Vladimir Putin Çin prezidenti Si Cinpinin dəvəti ilə mayın 16-17-də Çinə səfər edəcək. Liderlərin iki ölkə arasında hərtərəfli tərəfdaşlıq məsələlərinin bütün spektrini ətraflı müzakirə edəcəkləri, əməkdaşlığın gələcək inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirəcəkləri, həmçinin ən aktual beynəlxalq və regional problemlər üzrə hərtərəfli fikir mübadiləsi aparacaqları gözlənilir.